KANAL24.AZ
Az Iw En Ru

İçində 31 nəfər olan gəmi batdı

Cənubi Çin dənizində Borneo adası sahilləri yaxınlığında gəmi batıb.

Batan Malayziya gəmisində olan 31 nəfərdən 25-ni xilas etmək mümkün olub.

Bu barədə Çin Mərkəzi Televiziyası Çinin Kuala-Lumpurdakı səfirliyinə istinadən məlumat yayıb. Səfirlik 6 nəfərin itkin düşdüyünü açıqlayıb.

“Sina” portalı isə bundan öncə xilas edilən 2 heyət üzvü də nəzərə alınmaqla, xilas edilənlərin sayının 27-ə çatdığı barədə məlumat yayıb.

Qeyd edək ki, yerli vaxtla saat 22.00-da Kota Kinabal şəhərindən Menqalum adasına hərəkət edən, göyərtəsində 28 çinli turist və 3 heyət üzvünün olduğu gəmi itib. Xilasedicilər batan gəmini aşkarlayıblar.


01:50 30.01.2017