KANAL24.AZ
Az Iw En Ru

ABŞ-dan Əl-Qaidəyə qarşı əməliyyat: 40 ölü

Yəmənin Əl-Beyda bölgəsində ABŞ hərbi hava qüvvələrinin təşkil etdiyi əməliyyatda 40 nəfər öldürülüb.

Öldürülənlər arasında Əl-Qaidə terror qruplaşmasının səhra komandiri də var.
Yerli qaynaqlardan əldə olunan məlumata görə, Əl-Qaidənin səhra komandirlərindən biri olan Abdurrauf əz-Zəhəbin evinə basqın edilib. Nəticədə şiddətli qarşıdurma yaşanıb.

Bildirilir ki, 6-sı qadın, 3-ü uşaq olmaqla, 40 nəfər öldürülüb. Əl-Qaidə qruplaşmasına aid olduğu bildirilən bir məktəb və bir xəstəxananın da bombalandığı qeyd olunub.


01:47 30.01.2017