KANAL24.AZ
Az Iw En Ru

Bakıda bəylə gəlin tıxacda qalıb dondu; deputat onları xilas etdi

“Bayaq qızımla “Yeni Yasamal”dan evə qayıdırdıq. Taksidə. Bir baxdıq ki, yanımızda “gəlin maşını” qara batıb qalıb. Üstəlik, tıxac. Allahdan, taksi sürücüsü insaflı adam idi, xahişimi havada tutdu və gəlinlə bəyi maşına almağa etiraz eləmədi”.

Bunu millət vəkili Elşən Musayev dilə gətirib.

“Deyən kimi də gəldilər. Donmuşdular soyuqdan. Düz yarım saata “Alatava” yolu ilə bunları çıxardıq “Şərifzadə”yə. Ordan da bir başqa taksi ilə getdilər şadlıq sarayına…

Fidan yol boyunca bəy və gəlinə o qədər sual verdi ki, adamların toy da yadından çıxdı, qar da, tıxac da. “Qazan dibi” söhbətini isə sona qədər xırdaladı. Ta, dillərindən açıq etirafı alana qədər…

Xoşbəxt olsunlar, İnşallah”-deyə, o, daha sonra qeyd edib.(Publika.az)


18:35 29.01.2017
Xəbər lenti
Bütün xəbərlər