KANAL24.AZ
Az Iw En Ru

Qazaxda iki avtomobil toqquşdu - Ölən və yaralananlar var

Qazaxda ağır yol qəzası baş verib.

Hadisə rayonun Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb. “Mercedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması zamanı rayonun Cəfərli kənd sakinləri, 1984-cü il təvəllüdlü Ömərov Aqif Tapdıq oğlu və 1988-ci il təvəllüdlü Əsgərov Əhəd Abdulla oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Hadisə zamanı hələ ki, kimliyi məlum olmayan bir nəfər də ölüb.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.


05:04 29.01.2017
Xəbər lenti
Bütün xəbərlər