KANAL24.AZ
Az Iw En Ru

Özünü ov tüfəngi ilə vurdu

Ağcabədi rayonunda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 27-də Ağcabədi rayonunun Taxtakörpü adlanan ərazisindəki fermada işləyən Bərdə rayon sakini Zahid Əliyev ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən başından xəsarət alıb və hadisə yerində ölüb.

Laçın RPŞ əməkdaşları tərəfindən hadisə yerindən "TOZ-16" markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.


00:54 29.01.2017
Xəbər lenti
Bütün xəbərlər