KANAL24.AZ
Az Iw En Ru

Mosulu tərk edənlərin sayı 160 mini ötüb

Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 160 mini ötüb.

Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.
 
Onun sözlərinə görə, ötən gün BMT-nın vasitəçiliyi ilə 5 minədək məcburi köçkünə humanitar yardım paylanıb.
 
Qeyd edək ki, bundan əvvəl İraq ordusunun Mosulun şərq rayonlarını terrorçulardan təmizlədiyinə dair məlumat verilib. Qeyd edək ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına keçən il oktyabrın 17-də başlanıb.


16:04 24.01.2017