KANAL24.AZ
Az Iw En Ru

Polis Cəlilabadda və Səbaildə iki narkobaron saxladı

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 15-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Əsgərovdan 13 kiloqram 355 qram tiryək götürülüb.

Bundan başqa, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səfər İbrahimovdan 2 kiloqram 205 qram heroin, 11 kiloqram marixuana, 9,588 qram tiryək götürülüb.


23:54 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər