KANAL24.AZ
Az Iw En Ru

İmmunitetiniz möhkəmdirmi?

1. Mən müntəzəm olaraq idmanla (və ya bədən tərbiyyəsi ilə) məşğul oluram.

2. Mən asanlıqla stresslə mübarizə apara bilirəm.

3. Mən gecə 8 saatdan az olmayaraq yatıram.

4. Mən il ərzində 4 dəfədən artıq KRVİ və qrip xəstəliklərinə tutulmuram və xəstələnəndə tez sağalıram. 

5. Mən tez-tez meyvə-tərəvəz qəbul edirəm.

6. Mən tez-tez balıq yeyirəm.

7. Mən tez-tez süd məhsullarını (qatıq, şor, xama və s.) qəbul edirəm.

8. Mən hər gün açıq havada gəzirəm.

9. Mən siqaret çəkmirəm və içki içmirəm.

10. Mənim çəkim normaya uyğundur.

11. Gün ərzində mən 2 l-dən az olmayaraq maye qəbul edirəm.

12. Mən gün ərzində dincəlməyə vaxt tapıram.

13. Yaz və payız fəsillərində mən vitamin kompleksləri qəbul edirəm.

14. Məndə ciddi mədə-bağırsaq sistemi xəstəliyi yoxdur.

Əgər Siz bütün suallara "hə" cavabı vermisinizsə, bu o deməkdir ki, Sizin immunitetiniz ən yüksən səviyyədədir. Sizi təbrik edirik!

Əgər Siz 8-13 suala "hə" cavabı vermisinizsə, bu o deməkdir ki, Sizin immunitetiniz orta  səviyyədədir. Çalışın onu daha da gücləndirəsiniz!

Əgər Siz 0-7 suala "hə" cavabı vermisinizsə, bu o deməkdir ki, Sizin immunitetiniz aşağı səviyyədədir və Siz mütləq immunitetinizi gücləndirməlisiniz.(saglamolun.az)


23:28 16.01.2017