KANAL24.AZ
Az Iw En Ru

Bakıda 8 aylıq hamilə qadın mənzillərdən oğurluq etdiyinə görə istintaqa cəlb edilib

Ötən il 29 dekabrda Bakı şəhər sakini Zəminə Muxtarova Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət edərək noyabrın 8-də rayon ərazisindəki mənzilində kirayədə yaşayan Gülnarə adlı şəxsin ona məxsus 2000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlaması barədə məlumat verib.

22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Gülnarə Novruzova saxlanılıb.

İstintaq zamanı onun ötən il dekabrın 17-də Xətai rayon ərazisində Mehriban Fətəliyevanın evindən 5000 manat pul oğurladığı da məlum olub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində daha 1 evdən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Gülnarə Novruzova 8 aylıq hamilə olduğundan onun barəsində həbs qətimkan tədbiri seçə bilməyiblər.

Qeyd edək ki, hamilə qadın analoji cinayət törətdiyinə görə, Binəqədi rayon məhkəməsinin hökmü ilə məhkum olunub, ancaq o zaman da himayəsində 8 yaşına çatmayan uşaq olduğuna görə həbs olunmayıb.

Hazırki faktlarla bağlı Gülnarə Novruzovaya qarşı Bakının ayrı-ayrı rayonlarında Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb


22:56 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər