KANAL24.AZ
Az Iw En Ru

Ramos: "Ən yaxşı şey hələ də lider olmağımızdır"

"Real Madrid"in 40 oyunluq məğlubiyyətsizlik seriyası "Sevilya" ilə oyunda qırılıb.

Sözügedən qarşılaşmada avtoqol müəllifi olan Ramos oyundakı tək səhvinin avtoqol olduğunu bildirib: "Biz öz oyunumuzdan həzz alırıq. Bu gecədən sonra daha da öyrənməyə çalışacağıq və ən əsas səhvlərimizi düzəlməliyik. Öz qapıma vurduğum qol istisna olmaqla bu gün ən yaxşı oyunlarımdan birini oynadım. Azərkeşlərin fit səsləri oyuna köklənməyimə maneə olmadı.

Bu gün ola bilər ki, azərkeşlər tərəfindən daha çox etiraza məruz qaldım, ancaq mən "Real Madrid" azərkeşlərindən və öz komanda yoldaşlarımdan çox dəstək alıram və buna görə də xoşbəxtəm. Ən yaxşı şey hələ də lider olmağımızdır. Hər şey bizim performansımızdan asılıdır. Geri çəkilmək fikrimiz yoxdur. Biz qalib oluruqsa bir yerdə qalib oluruq, həmçinin məğlub oluruqsa da. Biz bu gün bütün zonalarda "Sevilla"dan üstün oyun sərgilədik, sadəcə sona 10 dəqiqə qalmış oyunun nəzarətini əldən verdik. Bu günə qədər etdiklərimizə görə azərkeşlər bu komandayla qürur duymalıdır".


22:52 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər