KANAL24.AZ
Az Iw En Ru

Qəzada hər iki sürücü öldü-Şəmkirdə

Şəmkir rayonunda baş verən ağır yol qəzası zamanı iki sürücü ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə Şəmkir rayonunun Kür qəsəbəsində baş verib.

Rayon sakini Nadir Əhmədovun idarə etdiyi "KİA" və Mingəçevir şəhər sakini Əbülfət Məmmədovun idarə etdiyi "Grand-River" markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


20:28 10.01.2017