KANAL24.AZ
Az Iw En Ru

Bank müdirinin oğlu restoranda itinə ad günü keçirdi

Kanal24.az BiznesMedia.az-a istinadən xəbər verir ki,bir neçə gün öncə Azərbaycan Beynəlxalq Bankının  Müşahidə Şurasının qərarı ilə bankın sədri vəzifəsindən  kənarlaşdırılan Elmar Məmmədovun “vurulmasının”  səbəbləri bəlli olub 

 Biznesmedia.Az-ın gununsesi.info-ya istinadən xəbərinə  görə, buna səbəb bank prezidentinin oğlu Tural  Məmmədovun Bakının dəbdəbəli restoranlarından birində  iti üçün ad günü keçirməsi olub.

 Belə ki, dostlarını restorana yığan Tural Məmmədov itini  ətrafındakılara da nümayiş etdirib.

 Bu fakt isə Prezident Administrasiyası rəhbərliyinin  diqqətinə çatdırılandan sonra Elmar Məmmədov Beynəlxalq Bankdan kənarlaşdırılıb.


22:39 26.12.2016