KANAL24.AZ
Az Iw En Ru

Bakıda özünü körpüdən atan kişinin cibindən məktub çıxdı - YENİLƏNİB

Ötən gün gecə saatlarında Zərdab rayon sakini, 33 yaşlı Anar Nazir oğlu Qasımov DYP-nin Ekologiya postunun yaxınlığındakı körpüdən özünü asfalt örtüyünün üstünə ataraq intihar edib.

Məlumata görə, ərazidə xidmət aparan Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəncin meyitini avtomobil şosesindən götürüblər və müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Abşeron rayon şöbəsinə aparıblar. Məlum olub ki, Anar Qasımov aldığı küt travmalar nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırmalara başlanılıb. İşi araşdıran prokurorun böyük köməkçisi İbrahim İsmayılzadənin bildirdiyinə görə, Zərdab rayon sakininin cibindən öz xətti ilə yazılan məktub çıxıb. Mərhumun məktubunda qeyd olunub: "Ölümümdə heç kimi günahkar görməyin".


19:32 26.12.2016
Xəbər lenti
Bütün xəbərlər