KANAL24.AZ
Az Iw En Ru

“Metropark”da bədbəxt hadisə

Bakı şəhəri, Nərimanov rayonunda yeləşən “Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb.

Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


18:10 26.12.2016
Xəbər lenti
Bütün xəbərlər