KANAL24.AZ
Az Iw En Ru

Tarixdə bu gün

Beynəlxalq İnsan Həmrəyliyi Günüdür. BMT Baş Məclisi 2005-ci il dekabrın 22-də Beynəlxalq İnsan Həmrəyliyi Gününün elan olunması haqqında qətnamə qəbul edib. Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.

1991-ci il. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk keçmiş sovet respublikası olub. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il noyabrın 20-də qurulub.


1915-ci il. Türk yazıçısı, dramaturq Əziz Nesinin (1915-1995) doğum günüdür. O, satirik və yumoristik hekayələrdən və nağıllardan ibarət 34 toplunun, səkkiz romanın, o cümlədən “Futbol kralı” romanının, “Belə gəlib belə getməz” adlı avtobioqrafik romanın, altı pyesin müəllifidir. Ə.Nesin satirası sosial qüsurlara tuşlanıb.

1999-cu il. Portuqaliyanın 400 illik hökmranlığından sonra Aomen (Makao) Çinin yurisdiksiyasına keçib və geniş muxtariyyət hüquqları olan Aomen Xüsusi İnzibati Rayonu adlanıb.

1873-cü il. Türk şairi, Türkiyənin Dövlət himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy (1873-1936) anadan olub. Türkiyənin milli himni üçün şeir müsabiqəsində qalib gəlib. Himnin mətni 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiq edilib. Mehmet Akif Ersoyun atası alban, anası Buxara özbəklərinin nəslindən olub.

1987-ci il. Suda ən böyük qəza baş verib: Filippin sahillərində “Vektor” tankeri ilə toqquşan “Donya Pas” bərəsi suya qərq olub. Nəticədə 4400 adam (bərə 1500 adam üçün nəzərdə tutulmuşdu) həlak olub.

1803-cü il. ABŞ Luiziananı 15 milyon dollara Fransadan satın almaqla, ölkə tarixində ən böyük torpaq alqı-satqısına imza atıb. Luiziananın rəsmi ayaması Qutan ştatıdır. Fransa kralı IV Lüdovikin şərəfinə adlandırılıb.


23:23 20.12.2016