KANAL24.AZ
Az Iw En Ru

Qeyri-ciddi münasibət amansız ölümlə nəticələndi

Rusiyanın Krasnoyarsk bölgəsində 34 yaşlı sevgilisini öldürən 42 yaşlı şəxs həbs edilib.

Hadisə bu ilin sentyabrında baş verib. Sevgilisinin evinə gələn kişi onunla intim əlaqəyə girmək istədiyini bildirib.

Qadın isə onun təklifini rədd edib və ona qarşı nalayiq ifadələr işlədib. Bundan qəzəblənən kişi qadını boğub və cəsədi şəhərdən kənarda basdırıb. Qadının itkin düşməsi ilə bağlı yaxınları polisə xəbər verib.

Həbs olunaraq, məhkəmə qarşısına çıxarılan şəxs əməlini etiraf edib. Hakim ona qarşı irəli sürülən ittihamı sübuta yetirilmiş hesab edib və şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.


16:55 20.12.2016