KANAL24.AZ
Az Iw En Ru

Facebookda görülməmiş "təcavüz"

Türkiyənin Tokat şəhərində Özgür P. adlı şəxs internetdə axtarış sisteminin köməyi ilə müxtəlif zamanlarda eyni məktəbdə müəllimlik edən 2 şəxs haqda məlumatları və fotoları ələ keçirərək "Facebook"da özünə profil hesabı açıb.

Şübhəli şəxs bundan sonra iki müəllimin şagirdlərinə dostluq istəyi göndərməyə başlayıb. Yaşları 11-13 arasında dəyişən üç qız şagird isə onlara yoldaşlıq dəvətini göndərənin müəllimləri olduğunu düşünərək qəbul edib və Özgürlə "Facebook"da danışmağa başlayıb. Üç şagird ilə intim məzmunlu söhbətlər etməyə başlayan Özgür P. bir müddət sonra yaxasını ələ verib.

O, "Facebook"la söhbət etdiyi şagirdlərə "Məktəbə vacib bir adam gələcək. O adam gəldiyində tələbələrin geyməli olacağı ətəyi müəyyən etməyimiz lazımdır" söyləyib.

Özgür P. aldtadığı şagirdlərlə görüntülü danışaraq geydikləri ətəyin uyğun olub-olmadığını görmək istədiyini deyib. Şagirdlərdən biri kompüterində kamera olmadığını söyləyincə, digəri bu təklifi rədd edib. P. isə şagirdlərə təkidlə "Kameranı açın" deyə yazıb.

11 yaşlı D. isə qarşısındakı şəxsin müəllimləri olduğunu düşünərək kameranı açır. Uşaq daha sonra danışıqdan özünü narahat hiss edərək kameranı bağlayıb.

Hadisənin ortaya çıxmasından sonra Özgür haqqında iddia açılıb. Məhkəmə qərarına görə, o, həm üç qız şagirdə düşünülmüş şəkildə "cinsi təcavüz", həm də iki müəllimin adından saxta profil açmaq cinayəti ilə ittiham edilib.

Məhkəmə, təqsirkara 2 il 9 ay həbs cəzası verib.


22:39 19.12.2016