KANAL24.AZ
Az Iw En Ru

Whatsapp istifadəçilərinə XOŞ XƏBƏR

Whatsapp zarafatlara səbəb olan yeni funksiyanı, nəhayət, hazırlayıb.

Yeni funksiya Whatsapp-da yazışarkən istəmədiyiniz, amma səhvən göndərdiyiniz mesajlar üçün nəzərdə tutulub.

Silikonvadisi-nə istinadən xəbər veririk ki, Whatsapp görüntülü danışmaq xüsusiyyətindən sonra indi də göndərdiyiniz mesajları geri qaytarmaq funksiyası ilə gündəmi zəbt edib.

"Apple" sevərlərin daha tez qovuşacaqları bu yenilik sayəsində istəmədən, ya da səhvən göndərdiyiniz mesajları ləğv edib və dəyişdirib təkrarən göndərmək mümkün olacaq. 

Sözügedən əməliyyat prosesi bu ardıcıllıqla ediləcək:

Silmək istədiyiniz mesajın üzərinə basıb "Ləğv Et" seçirsiniz. Qısa bir zaman sonra hər kəs üçün etibarlı olacaq bu xüsusiyyət videoları da ləğv etməyə kömək edəcək. Bunu da ifadə edək ki, Whatsapp hələ bu funksiyayla əlaqədar rəsmi açıqlama verməyib, amma "beta"-dan (yoxlamaq üçün nəzərdə tutulan) sonra gerçək versiya hər kəslə paylaşılacaq. İlk olaraq iOS, daha sonra Anderoid istifadəçiləri bu funksiyadan yararlana biləcəklər.

 


20:53 19.12.2016