KANAL24.AZ
Az Iw En Ru

Putindən strateji mesaj: Hələbdə qələbənin ŞOK SİRRİ

Suriya ordusunun Hələbin azad edilməsi uğrunda döyüşləri noyabrın 21-dən aktivləşdi və Dəməşq bir neçə gün əvvəl şəhərə tam nəzarət etdiyini açıqladı. Şəhər uğrunda 4 ildir mübarizə aparan rejim qüvvələrinin bir aydan da az müddətdə uğur qazanması bir çoxları tərəfindən təəccüblə qarşılandı.

“The Wall Street Journal” nəşrinə istinadən xəbər veririk ki, Rusiyanın xüsusi əməliyyat gücləri (SSO) Suriya ordusunun hücumunda həlledici rol oynayıb.

Rusiya hərbi aviasiyasının zərbələrindən sonra Rusiyanın xüsusi xidmət orqanları da Hələbdə əməliyyata qoşulub. Rusiya hərbi ekspertlərinin də dediyi kimi, SSO-nun Hələbin şərq hissəsində əsas vəzifəsi döyüşçülərin liderlərinin məhv edilməsi idi. Dekabrın 11-də “Vesti nedeli” həftəlik proqramında ilk dəfə Suriyada SSO-nun xüsusi əməliyyatlarının nadir kadrları göstərildi.

“Rusiyanın xüsusi xidmət orqanları artıq bir neçə həftədir Hələbdədir. Onlar döyüş tapşırıqlarını yerinə yetirirlər”, - deyə Moskva Strategiyalar və Texnologiyaların Analizi Mərkəzinin direktoru Ruslan Puxov bildirib.

Bundan başqa, ən elit qoşunların əməliyyatda iştirakından söhbət gedir. Həmin qoşunlar 2014-cü ildə Krımın gözlənilməz zəbtində iştirak ediblər.

“The Wall Street Journal” nəşri qeyd edir ki, Rusiya xüsusi əməliyyat güclərinin Hələb əməliyyatında iştirak etməsi şəhərin Kreml üçün strateji əhəmiyyətini göstərir. Əsas məqsəd Suriya üzrə növbəti danışıqlar zamanı masada daha güclü olmaqdır. Dekabrın 16-da Rusiya prezidenti Vladimir Putin də bildirdi ki, Suriya ordusunun müvəffəqiyyətindən sonra sülh razılaşmasının nəticəsini yenidən fikirləşməyin vaxtı çatıb. Rusiya nadir hallarda elit qoşunlarından istifadə edir və Suriya əməliyyatında iştirakı aviasiya ilə məhdudlaşdırır. Rusiya xüsusi təyinatlı dəstəsi Moskvanın Suriyada əməliyyatlara başlamasından az sonra (2015-ci il sentyabrın 30-u – red.) yola düşüb. Onlar Ukraynanın şərqindən gəliblər. Tədricən Suriyada Rusiya xüsusi təyinatlı dəstəsinin sayı artıb. Ruslan Puxov və Norveç Müdafiə Tədqiqatları İnstitutunun böyük elmi işçisi Tor Bukkvol bildirir ki, SSO döyüşçüləri yerlərdə hədəfləri müəyyən edərək dəqiq zərbələr vurmaq üçün aviasiyaya kömək edilər. Bukkvolun sözlərinə görə, Suriyada Rusiya xüsusi təyinatlılarının sayı, ehtimal ki, bir neçə yüzə çatır.

ABŞ nəşri bildirib ki, Suriya müharibəsi Rusiya xüsusi təyinatlı dəstəsi üçün döyüş təcrübəsinin əldə edilməsi üsuludur. Rusiya ordusu həmçinin Suriyada müxtəlif müasir silahları, məsələn, “Kalibr” qanadlı raketləri sınaqdan keçirir.

Bukkvolun sözlərinə görə, SSO Suriyada ehtimal ki, üç qrupdan ibarətdir: hərbi kəşfiyyat bölməsi, xüsusi təyinatlı dəstə (ABŞ ordusunun “Delta Force” dəstəsinin analoqudur), mülki liderlər və diplomatik nümayəndələri müdafiə edən “Zaslon” (“Sədd”).


20:39 19.12.2016
Xəbər lenti
Bütün xəbərlər