KANAL24.AZ
Az Iw En Ru

Qazaxıstan vətəndaşı Badamdarda 7 nəfərə hücum edib

Dünən axşam Badamdar qəsəbəsində Qazaxıstan vətəndaşı insanlara hücum edib. 

Kafelərdən birində içki qəbul edən Qazaxıstan vətəndaşı 6 nəfər şəxsə xəsarət yetirib. Belə ki, o, yolda gördüyü şəxslərə hücüm edib onları döyürmüş. 
 
Bundan əlavə o, Ford markalı yük maşınının şüşələrini sındırıb, maşının müxtəlif hissələrini əzib.
 
Qazaxıstan vətəndaşı hazırda Badamdar qəsəbəsində yerləşən 41-ci Polis Bölməsində saxlanılır. 7 nəfər şəxs onun əməllərindən şikayətçi olduqlarını bildiriblər. Qazaxıstan vətəndaşı isə öz növbəsində bildirib ki, o hadisəni içki təsiri altında törədib.(Moderator.az)

04:23 13.12.2016
Xəbər lenti
Bütün xəbərlər