Ağdamda 38 yaşlı qadın pomidor turşusundan zəhərlənib.
Çəmənli kənd sakini Zəminə Əliyevanı yaxınları Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Həkimlər Z.Əliyevaya ilkin yardım göstəriblər.
Yaxınlarının verdiyi məlumata görə, Z.Əliyeva özünün ev şəraitində hazırladığı pomidor turşusunu yedikdən sonra özünü narahat hiss edib. Hazırda xəstənin vəziyyəti stabildir.