KANAL24.AZ
Az Iw En Ru

Dəri üzərində çəkilən qeyri-adi rəsmlər

Rəssam Pərviz Əsədov əsərlərini dəri üzərinə çəkir.

 Azərbaycanda ilk olan bu sərgi hər kəsin marağına səbəb olub. Əsasən inək dərisi üzərində çəkilən bu rəsmlər çox həssaslıq və incəliklə işlənib. Zövq oxşayan rəsm əsərlərinin sərgiləndiyi məkana insanlar axın edirdilər.

Müxtəlif televiziya və media nümayəndələrinin də baxmağa gəldiyi sərgiyə tanınmış rəssamlar da qatılmışdılar.

Sərginin müəllifi Pərviz Əsədov çıxış edərək hər kəsə göstərdiyi diqqətə görə minnətdarlığını bildirdi. Rəssam Nəvai Mətin və digərləri rəssamı təbrik edərək ona gələcək fəaliyyətində uğurlar dilədilər.


01:32 13.12.2016
Xəbər lenti
Bütün xəbərlər