KANAL24.AZ
Az Iw En Ru

Cavanlaşdıran yapon üz massajı - VİDEO

Müəyyən yaşdan sonra üzümüzdə qırışlar əmələ gəlir, üzümüz "sallanmağa" başlayır.

Bu qocalma əlamətlərlə mübarizə etmək üçün qadınlar adətən müxtəlif cavanıaşdıran kremlərdən və maskalardan istifadə edir. Lakin bu üsullar yalnız qocalmanın ilk mərhələlərində müəyyən kömək edə bilər. Heç bir hətta ən bahalı sallanmış dərini yerinə qaytarmayacaq və qırışları yox etməyəcək. Burada qadına müxtəlif müasir cavanlaşma prosedurları kömək edə bilər. Lakin heç bir bahalı prosedurlardan istifadə etmədən ev şəraitində də çox təsirli cavanlaşdıran üz masajı etmək mümkündür.

Bu videoda çox tanınmış yapon üz masajı təqdim olunur. Massajdan əvvəl əllərinizə kosmetik süd və ya cavanlaşdıran krem çəkin. Dərini bərk sıxmayın. Üz dərisi təmiz olmalıdır. Soyuqdəymə, qripp, zökəm zamanı masaj etmək olmaz. Effekt 2-3 həftədən sonra görünməlidir. Massaj hər gün etmək lazımdır. Nəticə əldə etdikdən sonra masajı həftədə 2-3 dəfə etmək olar.


01:28 13.12.2016
Xəbər lenti
Bütün xəbərlər