KANAL24.AZ
Az Iw En Ru

Goranboyda ağır yol qəzası - Ölənlərin kimliyi məlum oldu (YENİLƏNİB)

Goranboyda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub.

Hadisə yerində ölən, “Niva”nın sürücüsü Əliyev Fuad Əli oğludur. Ağır xəsarət alaraq xəstəxanaya aparılan zaman yolda ölənlər isə rayonun Dəliməmmədli qəsəbə sakini, 1986-cı il təvəllüdlü Musayev Elsevər Yusif oğlu və Abbasqulular kənd sakini 1991-ci il təvəllüdlü Kazımov Rəşad Müslüm oğludur.

Qeyd edək ki, “Niva” nın sürücüsü Fuad Əliyev Goranboy rayon İcra hakimiyyəti başçısının köməkçisidir.


06:45 10.12.2016
Xəbər lenti
Bütün xəbərlər