KANAL24.AZ
Az Iw En Ru

Hava şəraiti ilə bağlı heç bir avtobus reysi təxirə salınmayıb - Bakı Beynəlxalq Avtovağzalı

Əlverişsiz hava şəraiti ilə əlaqədar şəhərlərarası avtobusların fəaliyyətində problem yaranmayıb.

Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

O bildirib ki, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar Ağsu aşırımından istifadə olunmur, avtomobillər Bakı-Qazax yolundan istifadə edirlər.

M.Abdullayevin sözlərinə görə, hava şəraiti ilə bağlı heç bir reys təxirə salınmayıb. Bütün mövcud istiqamətlərdə avtobuslar fəaliyyət göstərib. Ancaq əvvəlki günlərlə müqayisədə sərnişinlərin sayı minimuma çatıb.


20:03 09.12.2016