KANAL24.AZ
Az Iw En Ru

"Fiorentina"nın baş məşqçisi: "Qarabağ" çox güclü rəqibdir"

Sabah Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ" İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək.

Goal.az xəbər verir ki, rəqibin baş məşqçisi Paulo Souza qarşılaşma ilə bağlını fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

 - Bütün məşqin mətbuata açıq olmasının səbəbi nədir? Bu ənənədir, yoxsa?

- Bizim bütün rəqiblərə hörmətlə yanaşmışıq. "Qarabağ" xüsusi hörmətimiz var, güclü məşqçiləri və güclü futbolçuları var. Məşqin açıq olması həm də jurnalistlərə hörmətimizdən irəli gəlir.

 - PAOK-a məğlubiyyətdən sonra öz azarkeşlərini, yoxa "Qarabağ" azarkeşlərini düşündü?

- Hər oyuna qələbə üçün çıxırıq. Hər məğlubiyyət də bizə pis təsir edir. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, həmin gün bəxtimiz gətirmədi.

 - "Qarabağ"la ilk oyunda qələbə qazanılsa da, ilk 25 dəqiqə çətin keçmişdi. Sabahkı oyun necə olacaq?

- "Qarabağ" çox güclü rəqibdir. İlk oyunda "Qarabağ" ilk dəqiqələrdə çox güclü oynamışdı. Biz sonra üstünlüyü ələ keçirib qalib gəldik. Sabahkı oyuna da ciddi hazırlaşmışıq. Çalışacağıq ki, qələbə qazanaq.

 - Oyunda son dəqiqələrdə hər şey dəyişə bilər. Qapıçı barədə nə deyə bilərsiniz?

- Biz nəticəyə oynayırıq. Təcrübə illərlə deyil, oyunla qazanılır. Ümid edirəm ki, sabah qapıçının kim olduğu bilinəcək. Mən pozitiv insanam. Hər oyunla bağlı yaxşı düşünürəm.

 - "Qarabağ" klubunun tarixi haqqında məlumatınız varmı?

- Təəssüf ki, bu barədə məlumatım yoxdur. Bir onu bilirəm ki, klub çox çalışıb və özünü ən güclü klublar sırasına çıxarmağı bacarıb.


05:28 08.12.2016