KANAL24.AZ
Az Iw En Ru

Dəm qazı "kabusu" davam edir

Azərbaycanda dəm qazı zəhərlənməsindən daha 4 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırmalar aparılır.


20:18 05.12.2016
Xəbər lenti
Bütün xəbərlər