KANAL24.AZ
Az Iw En Ru

Daha bir dəm qazı xəbəri.

 Bakıda 66 yaşlı kişi yaşadığı mənzilin hamam otağında dünyasını dəyişib. Hadisə Bakının Yasamal rayonunda qeydə alınıb.

Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən verilən məlumata görə, Nəcəfli İsmayıl Xəqani oğlu Şərifzadə küçəsində yerləşən evinin hamam otağında dəm qazından boğularaq ölüb.

Yaşlı kişinin meyiti müayinə olunması üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə gətirilib.

Faktla bağlı araşdırmala başlanılıb.


17:33 05.12.2016
Xəbər lenti
Bütün xəbərlər