KANAL24.AZ
Az Iw En Ru

Abbasqulu bəy Şadlinskinin nəvəsi vəfat etdi

Abbasqulu bəy Şadlinskinin ilk nəvəsi və onun oğlu İsfəndiyar Şadlinskinin böyük qızı Qənirə Şadlinskaya 73 yaşında vəfat edib.

Qənirə xanım 40 ilə yaxın İmişli rayonunda pedoqoji fəaliyyətlə məşğul olub.

Onkoloji xəstəlikdən əziyyət çəkən Şadlinskaya dünən dünyasını dəyişib. O, İmişli rayonunda atası İsfəndiyar Şadlinskinin yanında dəfn olunub.

Qeyd edək ki, Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olub. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunub. 


17:20 05.12.2016
Xəbər lenti
Bütün xəbərlər