KANAL24.AZ
Az Iw En Ru

Toy yasa döndü

Bakıda toy mərasimində qətl törədilib.

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. 

F.Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V.Nemətov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.


17:10 05.12.2016