"Arsenal"ın yarımmüdafiəçisi Mesut Özil "West Ham United" üzərində qazanılan parlaq qələbəni (5:1) şərh edib.
Almaniyalı havbek adətən noyabrda "topçular"ın oyununda eniş müşahidə olunması sindromundan çıxdıqlarını qeyd edib.
"Ələ düşən imkanlardan yararlandıq. Nəticədən çox razıyam. Çempionluq mübarizəsində yaxşı mövqeyə çıxdıq. "Arsenal" noyabr sindromunu geridə qoydu. Ötən ay heç bir məğlubiyyət yaşamadıq".