KANAL24.AZ
Az Iw En Ru

Obameyanq: "Borussia"da qalıb-qalmayacağımı bilmirəm

"Borussia Dortmund"un hücumçusu Pyer-Emerik Obameyanq yayda başqa kluba keçməyi istisna etməyib.

Goal.az xəbər verir ki, qabonlu hücumçu bunları deyib:

"Növbəti mövsüm burda qalıb-qalmayacağımı bilmirəm. İndi yalnız futbol barədə düşünürəm. Ən yaxşı oyunumu göstərib titullar qazanmq istəyirəm. Ötən ilin sonuna qədər 18 qol vurmuşdum. Ümid edirəm, bu dəfə daha uğurlu nəticə göstərəcəm. Eyni zamanda mövsümün ikinci yarısını da unutmaq olmaz".


19:32 04.12.2016