KANAL24.AZ
Az Iw En Ru

1/4 finalın üçüncü cütü müəyyənləşdi

Azərbaycan kubokunda 1/4 finalın 3-cü cütü müəyyənləşib.

Goal.az xəbər verir ki, “Zaqatala”nı penaltilər seriyasında məğlub edən (2:2, pen.4:1) “Qəbələ” növbəti mərhələdə AZAL-la görüşəcək.

Bu raundun ilk görüşləri dekabrın 11-13-də baş tutacaq. Cavab qarşılaşmaları isə dekabrın 20-21-də keçiriləcək.

Qeyd edək ki, 1/4 finalın daha iki cütü bəllidi. “Zirə” “Neftçi”, “Kəpəz” “İnter”lə qarşılaşacaq.


02:30 04.12.2016
Xəbər lenti
Bütün xəbərlər