KANAL24.AZ
Az Iw En Ru

İlin ən yaxşı atletləri bəlli oldu

Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (İAAF) 2016-cı ilin ən yaxşı atletlərinin adlarını açıqlayıb.

Bu barədə Assosiasiyanın məlumatında bildirilir.

Doqquz qat Olimpiya çempionu, əfsanəvi sprinter Üseyn Bolt (Yamayka) və efiopiyalı Almaz Ayana ən yaxşı yüngül atlet seçiliblər.

Qaliblərin adları Monakoda baş tutan mərasimdə açıqlanıb.

Qeyd edək ki, “Rio-2016”-da Üseyn Bolt 3 qızıl, Almaz Ayana isə bir bürünc və 10 min metr məsafəni qət etməkdə dünya rekordu ilə qızıl medal qazanıb.


17:18 03.12.2016
Xəbər lenti
Bütün xəbərlər