KANAL24.AZ
Az Iw En Ru

Əzəli rəqiblər üz-üzə

Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turunda "Barselona" və "Real" klubları üz-üzə gələcək.

La-Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi "Real" mövsümün ilk "El-klassiko"sunu rəqib meydanında keçirəcək.

Hər iki ispan klubu Çempionlar Liqasında 1/8 finala çıxışı özünə təmin edib. Eyni zamanda "Kral klubu" dörd aydır ki, heç bir məğlubiyyətə uğramadan Avropa Superkubokunu qazanmağa macal tapıb.
Kataloniyalılar İspaniya çempionatında artıq iki məğlubiyyətə uğrayıblar, son iki matçı isə heç-heçə başa vurublar.

Son uğursuzluqlara baxmayaraq, "Barselona" ölkə çempionatında ikinci pillədə qərarlaşıb və lider "Real"dan 6 xal geri qalır.

"Real" 13 tur ərzində yalnız üç dəfə heç-heçə edib, son 6 oyunda isə qalib gəlib.

"Barselona" - "Real" Madrid - Bakı vaxtı ilə saat 19:15 


16:55 03.12.2016