KANAL24.AZ
Az Iw En Ru

Müəllim və valideynlər üçün səyyar qəbul keçiriləcək

Noyabrın 25-də paytaxtın Səbail, Qaradağ və Yasamal rayonları üzrə müəllim və valideynlər üçün səyyar qəbul keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakının 195 nömrəli tam orta məktəbində təşkil olunacaq səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən diqqətlə öyrəniləcək, problemli məsələlər araşdırmaya yönləndiriləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.


17:12 22.11.2016
Xəbər lenti
Bütün xəbərlər