KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan ilə Pakistanın ali təhsil ocaqları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Quaid-i-Azam Universitetinin vitse-rektoru Caved Əşrəf və Pakistanın Preston Universitetinin rektoru Abdul Basit ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Pakistan arasında mövcud olan səmimi dostluq münasibətləri, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən layihələr, xüsusilə elm və təhsil, sosial-humanitar sahələrdəki layihələrin yaratdığı imkanlardan bəhs olunub.

Görüşlərdə qarşılıqlı tədqiqatların aparılması, tələbə mübadiləsinin həyata keçirilməsi, elmi əlaqələrin, iki ölkənin universitetləri arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilib. Universitetlərdə hər iki ölkənin əlamətdar günlərinin qeyd olunması, Azərbaycan həqiqətlərinin təbliği, eləcə də Azərbaycanın və Pakistanın görkəmli şəxsiyyətlərinin, elm adamlarının fəaliyyəti ilə bağlı birgə konfrans, seminar və digər yığıncaqların keçirilməsi qərara alınıb.

Xatırladırıq ki, Pakistanın Quaid-i-Azam və Preston universitetləri ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından sayılır.

 


20:41 19.11.2016