KANAL24.AZ
Az Iw En Ru

"Ailəmin mənə ayaqqabı almağa pulu yox idi"

"Barselona"nın hücumçusu Luis Suarez çətin uşaqlıq yaşadığını deyir. Kanal24 goal.az-a istinadən xəbər verir ki, uruqvaylı forvard bunun ona bəzi şeyləri öyrətdiyini qeyd edib.

"Mən küçədə böyüyən uşağam. Məhz orda mübarizə aparmağı və rahatsızlıq hiss edəndə şikayətlənməməyi öyrənmişəm. Məsələn, meydanda hərəkət etməyim qeyri-mümkün olan hallarda başqa, heç vaxt əvəzlənməyi istəmirəm. Kiçik yaşlarımda da bir sıra qurbanlar verməli olmuşam. Ailəmin mənə ayaqqabı almağa pulu yox idi. Bu, malik olduqlarıma qiymət verməyimə səbəb olub".


14:29 26.10.2016
Xəbər lenti
Bütün xəbərlər