KANAL24.AZ
Az Iw En Ru

"Qəbələ" qələbəni son anda əldən verdi

Premyer Liqanın IX turunun oyunları davam edir.

 "Sumqayıt" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - 46-cı dəqiqədə Yusif Nəbiyev hesabı açıb. Lakin 64-cü dəqiqədə Rəşad Eyubov hesabı bərabərləşdirib. 9 dəqiqə sonra isə Filip Ozobiç "Qəbələ"ni önə keçirib.

Gözlər hakimin final fitində olduğu bir vaxtda - 90+4-cü dəqiqədə "Qəbələ"nin futbolçusu Sadiq Quliyev qırmızı vərəqə alaraq meydanı tərk edib. Penalti zərbəsini dəqiq yerinə yetirən Amil Yunanov "Sumqayıt"ı xilas edib - 2:2.

Beləliklə, 21 xallı "Qəbələ" turnir cədvəlinin şəriksiz lideridir. 17 xallı "İnter" ikinci, 8 oyundan 16 xallı "Qarabağ" isə üçüncüdür.

Qeyd edək ki, 9-cu tura bu gün keçiriləcək "Neftçi" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.


01:13 26.10.2016