KANAL24.AZ
Az Iw En Ru

"Fənərbağça"nın təyyarəsində təhlükə (FOTO/VİDEO)

Türkiyənin "Fənərbağça" futbol klubunun üzvlərini İngiltərəyə aparan təyyarə Macarıstanın paytaxtı Budapeştə məcburi eniş edib.

Klubun prezidenti Əziz Yıldırım və digərlərinin də olduğu təyyarənin təcili enişinə səbəb hava gəmisinin ön şüşəsinə quş dəstəsinin çırpılması olub.

"Fənərbağça"nın heyətini İngiltərəyə çatdırmaq üçün artıq İstanbuldan ikinci təyyarənin Budapeştə istiqamət aldığı bildirilir.

Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 20-də "Mançester Yunayted"in qonağı olacaq.

 


02:51 20.10.2016