KANAL24.AZ
Az Iw En Ru

Mahirə Əsədova Ağdam rayonunun fəxri vətəndaşı seçildi

"Ağdam rayonunda xeyriyyə işləri həyata keçirdiyinə görə Yeni Yurd təşkilatının sədri Mahirə xanım Əsədova Ağdamın fəxri vətəndaşı seçilib".

Kanal24 xəbər verir ki, bu fikirləri Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov səsləndirib. O deyib ki, Mahirə xanım rayonda sosial-infrastruktur layihələrin icrasına dəstək olaraq iki subartezian quyusunun istifadəyə verilməsini maliyyələşdirib.Və rayon ərazisində bir çox xeyriyyə tədbirlərini həyata keçirib.


R.Məmmədov qeyd edib ki, rayon rəhbərliyi Mahirə Əsədovanın fəaliyyəti yüksək qiymətləndirərək işgüzar xanımı Ağdamın fəxri vətəndaşı elan edib.


Mahirə xanım mövcud məsələ ilə bağlı Kanal24-ə açıqlama verərək deyib ki, onun Ağdam rayonunun fəxri vətəndaşı seçilməsi gözlənilməz olub.Mahirə xanım onu da deyib qarşıdakı illərdə Ağdam rayonunda yeni - yeni xeyriyyə tədbirləri həyata keçiriləcək. Maddi imkanı zəif olan ailələrə yardım göstəriləcək


Bizdə Kanal24 olaraq Mahirə xanım Əsədova nı kollektivimiz adından təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!


03:56 09.10.2016