KANAL24.AZ
Az Iw En Ru

Yeni Yurd üzvləri Ağdam rayonunda səfərdədi

Kanal24 xəbər verir ki, Yeni Yurd Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə xanım Əsədova və təşkilat üzvləri Ağdam rayonunda səfərdədi. 

Mahirə xanım Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla görüşüb. Görüşdə Ağdam rayonunda görülən işlər və Yeni Yurd təşkilatının rayonda həyata keçirdiyi xeyriyyə tədbirləri haqqında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bu gün Ağdamda Azərbaycanın  milli qəhrəmanı Şirin Mirzəyev adına Yeni Yurd təşkilatının istifadəyə verdiyi artezian quyusunun açılışı olacaq.


19:47 08.10.2016