KANAL24.AZ
Az Iw En Ru

Cəsarət Valehov aşağı qiymətlə oxuyan şagirdlərdən danışdı

İndiyədək peşə məktəblərinə daha çox aşağı qiymətlə oxuyan şagirdlər qəbul olurdular. Bu il isə peşə məktəblərinə qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi “4”-dən yuxarı olub.

Bunu Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq “ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib. Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

C.Valehov deyib ki, kimya üzrə Nobel mükafatçıları arasında yeni yaradılan UFAZ universitetinin müəllimi professor Jan Pyer Davic də də var.

Sektor müdiri əlavə edib ki, yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır.


18:36 06.10.2016