KANAL24.AZ
Az Iw En Ru

BDU Uruqvay Katolik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

Uruqvay Katolik Universiteti İslam kafedrasının və Ərəb Humanitar Təhsili Ümumdünya departamentinin müdiri, ərəb və islam araşdırmaları üzrə fəlsəfə doktoru Susana Manqana Bakı Dövlət Universitetində olub.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmovla görüşdə əməkdaşlıq məsələləri müzakirə edilib.

BDU-da ərəb dili və ədəbiyyatının tədrisindən, ərəb elmi məktəblərindən danışan rektor bu istiqamətdə birgə fəaliyyətdən söz açıb. S.Manqana universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını deyib. Görüşdə, eyni zamanda birgə seminar və konfransların keçirilməsi, yay məktəblərinin təşkili də müzakirə edilib.


22:32 03.10.2016