KANAL24.AZ
Az Iw En Ru

Oqtay Əsədov: “Bu səsvermə bir yoxlamadır”

Kanal24 xəbər verir ki, spiker 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsinə gəlib. O.Əsədov Bakının 7 saylı məktəbində yerləşən seçki məntəqəsində səs verib.

 

Oqtay Əsədov jurnalistlərə açıqlamasında seçkinin gedişatını səhər tezdən müşahidə etdiyini deyib:

 

"Səsvermə prosesi yüksək səviyyədə gedir və inanıram ki, günün axırına bu referendumda öz əksini tapan dəyişiklər tam halda qəbul olunacaq. Bu səsvermə bir yoxlamadır. Bu referendum ölkənin gələcək inkişafını təmin edəcək".


18:16 26.09.2016