KANAL24.AZ
Az Iw En Ru

SOCAR-ın ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşlər təşkil olunub

SOCAR-ın baş ofisinin İnsan Resursları Departamentinin əməkdaşları şirkətin idarə və müəssisələrində ödənişli “Yay təcrübəsi proqramı”nın iştirakçıları ilə görüşlər keçiriblər.

SOCAR-ın mətbuat xidmətindən Kanal24-ə bildirilib ki, onlar şirkətin “Azərikimya” İstehsalat Birliyində, “Azneft” İstehsalat Birliyində, Geofizika və Geologiya İdarəsində, Kompleks Qazma İşləri Trestində, “Neftqaztikinti” Trestində, Heydər Əliyev adına Neft Emalı Zavodunda, “Qaz İxrac” İdarəsində, Ekologiya İdarəsində, “Neftqazelmitədqiqatlayihə” İnstitutunda, eləcə də İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçən tələbələrlə görüşüb, onların layihəyə münasibətlərini öyrənib, təklif və rəylərini dinləyiblər.

Tələbələr onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildiriblər. Təcrübələr zamanı əldə etdikləri biliklərin önəmini vurğulayan tələbələr təhsillərini başa vurduqdan sonra karyeralarını məhz SOCAR-da qurmaq arzusunda olduqlarını söyləyiblər. Təcrübə rəhbərləri ödənişli “Yay təcrübəsi proqramı”nın gedişi və iştirakçıların gördüyü işlər barədə fikirlərini bölüşüb, təcrübəyə cəlb edilmiş tələbələrin bilik və bacarıqlarından razı qaldıqlarını qeyd ediblər.


17:24 22.09.2016
Xəbər lenti
Bütün xəbərlər