KANAL24.AZ
Az Iw En Ru

Kərimovun yerinə gətiriləcək namizədin adı açıqlandı

Özbəkistan prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Baş nazir Şövkət Mirziyayev ölkə prezidentliyinə namizədliyini irəli sürüb.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Özbəkistan Mərkəzi Seçki Komissiyası yayıb.

 

Qeyd edək ki, Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 2-də dünyasını dəyişib. Onun səlahiyyətlərinin icra edilməsi Baş nazir Şövkət Mirziyayevə tapşırılıb. Mirziyayev həmçinin ölkənin boz kardinalı hesab edilən Özbəkistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Rüstəm İnoyatov tərəfindən də dəstəklənir. Baş naziri dəstəkləyənlər sırasında xüsusi yeri isə Rusiya tutur.


23:33 16.09.2016