KANAL24.AZ
Az Iw En Ru

Bakıda və Yevlaxda silahlı şəxslər yaxalandı

Bakıda və Yevlaxda silahlı şəxslər yaxalanıb.

Kanal24.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Aslan Məhərrəmovdan “Naqan” tipli tapança və 3 ədəd patron götürülüb.

Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də şəhər sakini, əvvəllər məhkum olunmuş Razi Cəfərovdan “Naqan” tipli tapança və 8 ədəd patron götürülüb.


23:18 16.09.2016