KANAL24.AZ
Az Iw En Ru

SOCAR neftçilər üçün yeni yaşayış binasını istifadəyə verib (FOTO)

SOCAR işçilərinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün Bakının Xətai rayonundakı M.Hadi küçəsində yeni yaşayış binasını istifadəyə verib.

Binanın istismara verilməsi mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin digər nümayəndələri iştirak ediblər.

Yeni 9 mərtəbəli 4 bloklu yaşayış binasında 144 mənzil var. Binanın ümumi yaşayış sahəsi 12 726 kvadratmetrdir.

Bina bütün kommunal şəbəkə və kommunikasiyalara qoşulub.


23:10 16.09.2016
Xəbər lenti
Bütün xəbərlər