KANAL24.AZ
Az Iw En Ru

“Abituriyent” jurnalının doqquzuncu və onuncu nömrələri nəşr edilib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının doqquzuncu və onuncu nömrələrini nəşr etdirib.


TQDK-dan Kanal24-ə bildiriblər ki, jurnalın doqquzuncu nömrəsində 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim edilib.
Nəşrin onuncu nömrəsində isə 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış keçid balları Azərbaycan və rus dillərində təqdim edilib.
Jurnalları Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və yawww.abiturient.az saytından sifariş etmək olar.
Nəşrlərin elektron versiyasını (pdf formatında) TQDK-nın saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/)


17:11 22.08.2016